“Borussiya Dortmund” klubu “Yuventus”dan icarəyə götürdüyü Emre Canın transfer hüquqlarını alıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türk əsilli almaniyalı futbolçu “Borussiya” tərəfindən bu qış icarə əsasında heyətə daxil edilmişdi. Amma bu ilin iyul ayının 1-də Dortmund təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaq. Klubdan verilən məlumata görə, artıq bu transferlə bağlı “Yuventus”la razılığa gəliblər. Turin təmsilçisi də bu transferi rəsmi saytı vasitəsilə təsdiqləyib. “Borussiya”nın Cana görə 25 milyon avro ödəyəcəyi bildirilib.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Emre Can, “Bayer” və “Liverpul”da da oynayıb.