6 dekabr 2025. Şənbə

Daha bir klub onunla danışıqlara başladı


  • Transfer
  • 17:34 19.02.2020
  • Oxunma sayı: 412
Daha bir klub onunla danışıqlara başladı

İtaliyanın “Latsio” klubu “Çelsi”nin futbolçusu Oliviye Jirunu heyətinə cəlb etməyi planlaşdırır.

Corner.az “Tuttomercato”ya istinadən xəbər verir ki, A Seriya təmsilçisi 33 yaşlı hücumçunun meneceri ilə görüşərək müzakirə aparıb. Futbolçunun bu ilin yayında “Çelsi” ilə müqaviləsinin başa çatması və azad agent sutatusuna malik olacağı onun müştərilərini artırır. “İnter” də fransalı futbolçu ilə danışıq aparır.


Qeyd edək ki, Jiru bu mövsüm “Çelsi”də cəmi 8 oyuna çıxıb və 1 qol vurub. Qış transfer dövründə bir çox İtaliya klubu onunla maraqlansa da, Jiru “Çelsi”də qaldı.(qol)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır