- Transfer
- 15:44 11.05.2026
“Qəbələ” toqolu futbolçu Yaovi Akakpo ilə müqavilə imzalayıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2019-cu ilin sonlarından “qırmızı-qaralar”ın düşərgəsində baxışda olan futbolçu ilə 2,5 illik razılıq əldə olunub.
Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər əyalət təmsilçisinin formasını geyinəcək. 21 yaşlı oyunçu buna qədər vətənində çıxış edib. O, “Pumas” klubunun şərəfini qoruyub.