“Qarabağ”ın heyətinə cəlb etmək istədiyi Coni Montielin Azərbaycana gəlməməsinin səbəbi bilinib.
Corner.az xəbər verir ki, Ağdam təmsilçisi “Rayo Valyekano”nun futbolçusu ilə danışıqlar aparsa da, o, “Qarabağ”ın təklifini geri çevirib. Buna səbəb, 21 yaşlı yarımmüdafiəçinin Azərbaycan çempionatında oynamaq istəməməsi olub.
Qeyd edək ki, Coni Montiel İspaniya U21 millisində də oynayır.