22 oktyabr 2024. Çərşənbə axşamı

Ramsey Juventus'da? - 4 illik müqavilə


  • Transfer
  • 18:56 31.12.2018
  • Oxunma sayı: 658
Ramsey Juventus'da? - 4 illik müqavilə

Mövsümün sonunda Arsenal'la müqaviləsi başa çatacaq Aaron Ramsey Juventus'la anlaşmaq üzrədir.

Corner.az-ın məlumatına görə, artıq uelsli yarımmüdafiəçinin Turin klubu ilə imzalayacağı sözləşmənin detalları məlum olub. 28 yaşlı futbolçu "qoca sinyora" ilə 4 illik müqavilə bağlayacaq. Onun illik maaşı isə bonuslarla birlikdə 8 milyon avro təşkil edəcək.

Qeyd edək ki, PSG də Ramsey ilə yaxından maraqlanır. (qol.az)







Transfer