6 dekabr 2025. Şənbə

Mançester Yunayted'in sabiq futbolçusu Çin klubunda


  • Transfer
  • 15:06 27.02.2020
  • Oxunma sayı: 448
Mançester Yunayted'in sabiq futbolçusu Çin klubunda

Mançester Yunayted'in sabiq futbolçusu Zoran Tosiç "Partizan" klubundan ayrılıb.

Corner.az RTS-ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını koronavirusun üzə çıxdığı və geniş yayıldığı Çində davam etdirəcək. Serbiyalı futbolçu II liqada çıxış edən "Tayçjou Yuanda" klubuna keçib.

Qeyd edək ki, 2017-ci ildən "Partizan"da çıxış edən Tosiç müxtəlif vaxtlarda İngiltərənin "Mançester Yunayted", Almaniyanın "Köln", Rusiyanın MOİK klublarında oynayıb.

Əlavə edək ki, Çinin 31 əyalətində koronavirusa ümumilikdə, 78 497 yoluxma halı aşkarlanıb. Onlardan 2 744 nəfəri dünyasını dəyişib.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır