- Transfer
- 18:38 24.11.2024
Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti iclası keçirilib.
Corner.az qurumun saytına istinadən xəbər verir ki, iclasda transfer qaydalarında yenilik edilməsi ilə bağlı qərarlar verilib.
İcarəyə götürülən futbolçuların sayına məhdudiyyət qoyulub. Bu qayda 2020-ci ilin iyulundan qüvvəyə minəcək. 2020/21 mövsümündən başlayaraq bir kluba digər ölkələrin klublarından 8-dən artıq futbolçu icarəyə götürülməyəcək. 2022/23 mövsümündən isə beynəlxalq icarələrin sayı 6-ya endiriləcək.
İki eyni klub arasında icarə müqavilələrinin sayı da məhdudlaşdırılıb. Tərəflər maksimum 3 oyunçunu bir-birinə icarəyə verə biləcəklər.(qol)