6 dekabr 2025. Şənbə

Balayev Zirə'yə keçidindən danışdı


  • Transfer
  • 17:52 03.03.2020
  • Oxunma sayı: 413
Balayev Zirə'yə keçidindən danışdı

"Burada olduğuma görə şadam. "Zirə" hədəfləri olan maraqlı komandadır".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin yeni transfer Emil Balayev klubun rəsmi saytına açıqlamasında deyib.

Keçidi ilə bağlı danışan Azərbaycan millisinin qapıçısı bildirib ki, bu komandada yığmada bərabər oynadığı futbolçular çıxış edir: "Burada əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacam".

Qeyd edək ki, 25 yaşlı qolkiper "Zirə" ilə mövsümün sonunadək müqavilə bağlayıb.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır