22 aprel 2026. Çərşənbə

Rakitiç Atletiko ilə razılaşdı


  • Transfer
  • 13:40 04.03.2020
  • Oxunma sayı: 476
Rakitiç Atletiko ilə razılaşdı

“Barselona”nın futbolçusu İvan Rakitiç “Atletiko”ya keçməyə yaxındır.

Corner.az “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu 31 yaşlı yarımüdafiəçi ilə razılığa gəlib.Tərəflərin fevralın 20-də görüşdüyü və ortaq məxrəcə gəldiyi bildirilir.

Nəşrin iddiasına görə, Rakitiç çıxışını La Liqada davam etdirmək istəyir. Buna görə də futbolçunun ailəsinin Madriddə ev almaq üçün seçim apardığı qeyd olunub.

Qeyd edək ki, Rakitiçin “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.(qol)







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro