Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyədə çalışacaq.
Corner.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, o, Türkiyənin 2-ci Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub. İbrahimovu klubun azərbaycanlı sahibi Rauf İsmayılov komandaya dəvət edib.
"Darıca Gənclərbirliyi” 2-ci liqada 17 turdan sonra 20 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşb.
Qeyd edək ki, Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) və Türkiyənin “Adanaspor” klubunda da işləyib.