11 may 2026. Bazar ertəsi

Çelsidən ayrıla bilərəm - Villian


  • Transfer
  • 15:28 10.03.2020
  • Oxunma sayı: 401
Çelsidən ayrıla bilərəm - Villian

“Çelsi”nin futbolçusu Villian gələcək karyerası haqda danışıb.

Corner.az xəbər verir ki, braziliyalı futbolçu hələlik London klubu ilə razılığa gələ bilmədiyini vurğulayıb:

“Burada qalıb-qalmayacağımı hələ bilmirəm. Digər komandalardan təklif almamışam. "Çelsi"dən başqa heç bir klubla da danışıq aparmıram. “Çelsi” mənə iki illik müqavilə təklif etdi və dəyişdirə bilməyəcəklərini bildirdi. Mən isə sözləşmənin üç illik olmasını bildirdim. Hələlik heç bir qərar verilməyib. Hazırda  "Çelsi"nin futbolçusuyam və müqaviləm bitənə qədər komandaya kömək etmək üçün əlimdən gələni edəcəm.Komanda da qalmaq ehtimalım azdır amma nələr olacağını görəcəyik".

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm komandası ilə 37 matça çıxıb və 7 qol vurub. 







Transfer