11 may 2026. Bazar ertəsi

Çelsi 16 yaşlı futbolçu aldı


  • Transfer
  • 21:21 10.03.2020
  • Oxunma sayı: 445
Çelsi 16 yaşlı futbolçu aldı

"Çelsi" heyətinə yeni futbolçu cəlb edib.

Corner.az xəbər verir ki, London təmsilçisi 16 yaşlı yarımmüdafiəçi Cimi Tauryaynenin keçidini həll edib. Bununla bağlı finlandiyalı futbolçu şəxsi "İnstagram" hesabında paylaşım edib.

"HJK Helsinki"nin futbolçusu iyul ayında artıq "Çelsi"nin düşərgəsinə qoşulacaq. Müqavilənin müddəti və ödənilən məbləğ haqqında hələlik açıqlama verilməyib.

Qeyd edək ki,  gənc futbolçu ilə  "Yuventus" və  "İnter" də  maraqlanırdı.







Transfer