22 iyun 2026. Bazar ertəsi

Diego MLS klubuna keçir


  • Transfer
  • 17:15 02.01.2019
  • Oxunma sayı: 586
Diego MLS klubuna keçir

Braziliya millisinin sabiq futbolçusu Diego Ribas karyerasını ABŞ-da davam etdirəcək.

Corner.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi MLS təmsilçisi “Orlando City” klubuyla razılığa gəlib. Bu barədə ABŞ mətbuatı məlumat yayıb.MLS təmsilçisi braziliyalı futbolçuya 3 illik müqavilə təklif edib. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, karyerası ərzində Atletico Madrid, Juventus, Wolfsburg, Fənərbaxça kimi klubların formasını geyinən Diego, son olaraq Braziliyanın Flamengo klubunun şərəfini qoruyub.(komanda.az)







Transfer

Nikolas Pas qərarını verdi
  • Transfer
  • 18:14 20.06.2026
Nikolas Pas qərarını verdi