15 avqust 2026. Şənbə

Arsenal və Tottenhem onu istəyir


  • Transfer
  • 17:29 11.03.2020
  • Oxunma sayı: 429
Arsenal və Tottenhem onu istəyir

“Napoli”nin hücumçusu  Arkadiuş Milik karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, 26 yaşlı futbolçu “Arsenal” və “Tottenhem” klublarının hədəfindədir.“Napoli” rəhbərliyi isə polşalı futbolçuya 50 milyon avro qiymət qoyub.Hər iki klubun yaxın günlərdə Milik üçün danışıqlara start verəcəyi bildirilir.

Qeyd edək ki, Milik bu mövsüm Neapol təmsilçisində 16 oyuna çıxıb və 9 qol vurub.







Transfer