22 aprel 2026. Çərşənbə

Bavariya Saneyə 5 illik müqavilə təklif etdi


  • Transfer
  • 12:43 19.03.2020
  • Oxunma sayı: 401
Bavariya Saneyə 5 illik müqavilə təklif etdi

"Bavariya" "Mançester Siti"nin futbolçusu Leroy Saneni transfer etmək istəyir.

Corner.az "Sport Bild"ə istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Hasan Salihamidjiç 24 yaşlı yarımmüdafiəçinin maraqlarını qoruyan "Lian Sports" agentliyi ilə görüşüb. Ancaq rəsmi olaraq Sane ilə aprelin 1-dən danışıqlar aparıla biləcəyi vurğulanıb.

Xəbərdə "Bavariya"nın futbolçu ilə 5 illik müqavilə imzalamağa hazır olduğu bildirilib. Sanenin özünün də Bundesliqa təmsilçisinə keçidə qarşı olmadığı iddia olunub.(qol)







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro