- Transfer
- 18:38 24.11.2024
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Milan"ın futbolçusu Rafael Leonu sabiq klubu "Sportinq"ə 16.5 milyon avro ödəməsi ilə bağlı qərar verib.
Corner.az "A Bola"ya istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı hücumçunun 2018-ci ildə "Lill"ə keçərkən Portuqaliya təmsilçisi ilə müqaviləni təktərəfli ləğv etməsidir. "Sportinq" 2019-cu+ ildən "Milan"da çıxış edən futbolçudan 45 milyon avro tələb etsə də, məhkəmə Rafael Leonu 16.5 milyon avro məbləğində cəzalandırıb.
Xatırladaq ki, 2018-ci ilin mayında "Sportinq" azarkeşləri klubun bazasına daxil olaraq futbolçuları döymüşdülər. R.Leo və bir sıra oyunçu bu hadisədən sonra komandanı tərk etmişdi.(qol)