22 aprel 2026. Çərşənbə

Barselona Rakitiçin qiymətini açıqladı


  • Transfer
  • 17:23 21.03.2020
  • Oxunma sayı: 448
Barselona Rakitiçin qiymətini açıqladı

"Barselona" futbolçusu İvan Rakitiçin transfer qiymətini müəyyənləşdirib.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi əsas heyətdə az şans verildiyi üçün komandadan ayrıla bilər. Kataloniya klubu isə sərfəli təkliflər gələcəyi təqdirdə futbolçunu satmağa hazırdır. La Liqa təmsilçisi 32 yaşlı futbolçu üçün 20 milyon avro tələb edir.

"Mançester Yunayted" "İnter" və "Yuventus" Rakitiçlə maraqlansa da, onun sabiq klubu "Sevilya"ya qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, İ.Rakitiçin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.(qol)







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro