2 oktyabr 2026. Cümə

Məncə Mane Real'a keçəcək - Sissoko


  • Transfer
  • 15:52 24.03.2020
  • Oxunma sayı: 393
Məncə Mane Real'a keçəcək - Sissoko

"Liverpul"un sabiq yarımmüdafiəçisi Muhammed Sissoko Sadio Mane və Salahın gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

Corner.az xəbər verir ki, o, seneqallı futbolçunun komandadan ayrılacağını iddia edib:

"Məncə, Mane "Real "a keçəcək. Çünki Zidan onu istəyir. Manenin üstün keyfiyyətləri var. Salahın isə komandada qalıb-qalmayacağını bilmirəm. “Liverpul” böyük bir klubdur. Futbolçuarı necə əvəzləyəcəyini yaxşı bilir. Bu komandada da çıxış etmək üçün hər şeyini verməyə hazır olan futbolçular var”.

Qeyd edək ki, Mane cari mövsüm  Premyer Liqada 26 matç keçirib və 14 qol vurub.







Transfer