1 oktyabr 2026. Cümə axşamı

Navas Arsenal'a keçir?


  • Transfer
  • 00:44 04.01.2019
  • Oxunma sayı: 681
Navas Arsenal'a keçir?

Real Madrid'dən ayrılacağı gözlənilən qapıçı Keylor Navas karyerasını İngiltərədə davam etdirəcək.

Corner.az xəbər verir ki, Arsenal kosta-rikalı futbolçunu transfer etməyə yaxındır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “topçular”ın Navas üçün “kral klubu”na 14 milyon avro təklif edəcəyi bildirilib.Courtois'in gəlişindən sonra az şans qazanan qapıçının Premyer Liqaya getmək istədiyi, buna görə də, Arsenal'a keçməyə müsbət yanaşdığı iddia olunur.

Qeyd edək ki, 32 yaşlı qapıçı cari mövsümdə Real Madrid formasıyla 8 qarşılaşmada iştirak edib.(komanda.az)







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir