23 oktyabr 2024. Çərşənbə

Real Navasla yeni müqavilə imzaladı


  • Transfer
  • 11:25 04.01.2019
  • Oxunma sayı: 511
Real Navasla yeni müqavilə imzaladı

Real-ın qapıçısı Keylor Navas 2021-ci ilin iyununa qədər klubla müqaviləsini uzadıb.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, yeni müqaviləyə görə 32 yaşlı qapıçı ilinə 5 milyon avro alacaq.

Tibo Kurtuanın ötən ilin yayında Chelsea-dən (London) Real-a keçidindən sonra Navas komandanın əsas heyətindəki yerini itirib.

Navas cari mövsümdə Çempionlar Liqasının üç matçında, həmçinin İspaniya Primerosu və Kubokunda isə iki oyun keçirib.







Transfer