23 oktyabr 2024. Çərşənbə

Balotelli Fransada qalır, amma...


  • Transfer
  • 17:09 04.01.2019
  • Oxunma sayı: 520
Balotelli Fransada qalır, amma...

Nice-nin hücumçusu Mario Balotelli klubunu dəyişməyə yaxındır.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, futbolçu Fransanın digər klubunun formasını geyinə bilər. Nice-nin baş məşqçisi Patrik Viera Balotellinin davranışından narazıdır. Klub “başabəla” hücumçudan ayrılmağı ən münasib variant hesab edir. 28 yaşlı hücumçu Marseille-nin diqqət mərkəzinə düşüb. Tərəflər arasında danışıqlar artıq başlayıb. Transfer yaxın günlərdə baş tutacaq. Marseille Balotellinin karyerasında 6-cı klub olacaq. Niça-dan əvvəl İnter, Manchester City, Milan və Liverpool-da oynayıb.







Transfer