- Transfer
- 17:27 06.12.2025
PSJ-nin müdafiəçisi Tyaqo Silva gələcəkdə "Fluminense"yə qayıtmaq istədiyini açıqlayıb.
Bu barədə Corner.az “L Equipe”yə istinadən xəbər verir.
"Həyatımın ən çətin anlarından birində "Fluminense" mənə kömək etdi. Mən kluba təşəkkür edirəm. Bu, hər şeydən daha əhəmiyyətlidir. Bilmirəm nə vaxt, amma qayıtmağı və həmin formanı yenidən geyinməyi düşünürəm", - deyə 35 yaşlı futbolçu bildirib.
Qeyd edək ki, Silva 1998-ci ildən 2000-ci ilə qədər "Fluminense" gənclər komandasında çıxış edib, 2006-cı ildən 2008-ci ilə qədər isə Braziliya klubunun əsas komandasının heyətində oynayıb.Brazilyalı futbolçu PSJ-də isə 2012-ci ildən çıxış edir.