- Transfer
- 23:58 21.04.2026
"Mançester Yunayted" Çexiyanın "Simqa" klubunun qapıçısı Radek Viteklə müqavilə bağlayıb.
Corner.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Ladislav Minar klubun rəsmi saytına açıqlamasında bildirib. Lakin Minar bu sözləşmənin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, Radek Vitek "Simqa"nın müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib.