14 avqust 2026. Cümə

Messi'dən İnter açıqlaması


  • Transfer
  • 12:16 10.04.2020
  • Oxunma sayı: 443
Messi'dən İnter açıqlaması

"Barselona"nın futbolçusu Lionel Messi "İnter"ə keçəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu "İnstagram" hesabı vasitəsi ilə bu iddiaları təkzib edib:

"Bu, yalan xəbərdir. Eyni şey "Nyuells Old Boyz"a keçəcəyim xəbərlərə də aiddir. Yaxşı ki, bu yazılanlara inanmırlar".







Transfer