22 aprel 2026. Çərşənbə

Atletiko Kavani ilə danışıqlara başladı


  • Transfer
  • 13:22 10.04.2020
  • Oxunma sayı: 352
Atletiko Kavani ilə danışıqlara başladı

PSJ-nin hücumçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər.

Corner.az xəbər verir ki,  “Atletiko Madrid” 33 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Təcrübəli futbolçu ilə bir neçə klubun maraqlandığı bildirilir. Əsas namizəd “Boka Xuniors” olsa da, klub rəhbərliyi bu yaxınlarda hücumçunu alacaq maliyyə güclərinin olmadığını açıqlayıb.

Fransa mətbuatı isə uruqvaylı hücumçunun “Atletiko” ilə danışıqlara başladığını yazıb. Kavani bundan öncə Madrid təmsilçisinin bir illik təklifi ilə razılaşmamışdı. Ancaq tərəflər arasında danışıqların yenidən bərpa olunduğu vurğulanıb







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı