- Transfer
- 23:09 25.11.2024
"Yuventus"un yarımmüdafiəçi Miralem Pyaniç karyerasını Fransada davam etdirə bilər.
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, PSJ klubu 30 yaşlı futbolçu ilə maraqlanır. Artıq Paris təmsiçisinin idman direktoru Leonardonun bosniya və herseqovinalı futbolçunun meneceri ilə bu keçid barədə danışdığı da vurğulanıb.
Qeyd edək ki, Miralem Pyaniçin "Yuventus"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir