23 oktyabr 2024. Çərşənbə

Suarez Arsenal'a keçir?


  • Transfer
  • 21:50 05.01.2019
  • Oxunma sayı: 662
Suarez Arsenal'a keçir?
Barcelona'nın yarımmüdafiəçisi Denis Suarez İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Corner.az xəbər verir ki, ispaniyalı  futbolçu Arsenal'a keçməyə yaxındır. Kataloniya klubunda nadir hallarda meydana çıxan 24 yaşlı oyunçu özü də hələ Sevilla'dan yaxşı tanıdığı Unai Emery'nin komandasında oynamaqda maraqlıdır. Onun "topçular"a keçidinin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Suarez ilə Chelsea'nin də yaxından maraqlandığı iddia olunur.(qol.az)





Transfer