6 dekabr 2025. Şənbə

Bu transferi heç nə saxlaya bilməz - klub prezidenti


  • Transfer
  • 00:32 13.04.2020
  • Oxunma sayı: 380
Bu transferi heç nə saxlaya bilməz - klub prezidenti

Mövsümün sonunda "Başakşəhər"lə müqaviləsi başa çatacaq Robinyonun ölkəsi Braziliyaya qayıdacağı dəqiqləşib.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu "Santos"a keçməyə razılıq verib. Klub prezidenti Karlos Peres təcrübəli futbolçu ilə anlaşdıqlarını deyib:

"Robinyo "Santos"un övladıdır. Ona hər zaman klubumuzda yer var. O, geri dönmək arzusundadır. Biz də onu klubumuzda görmək istəyirik. Robinyoya borcumuz var. Bunu agenti ilə də danışıb, hesablamışıq. Bu transferi heç nə saxlaya bilməz".

Braziliya mətbuatının məlumatına görə, Robinyonun "Santos"da aylıq maaşı 97 min avro olacaq.

Qeyd edək ki, “Santos”un yetirməsi olan Robinyo, karyerası ərzində “Real”, “Mançester Siti”, “Milan” kimi klublarda çıxış edib.(qol)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır