6 dekabr 2025. Şənbə

Neymar niyə geri qayıtmasın ki? - Xavi


  • Transfer
  • 13:27 15.04.2020
  • Oxunma sayı: 387
Neymar niyə geri qayıtmasın ki? - Xavi
“Barselona”nın sabiq kapitanı Xavi Hernandes PSJ-nin hücumçusu Neymarın komandaya mümkün qayıdışı barədə danışıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçunu dünyanın ən yaxşı 5 oyunçusundan biri hesab edən "Əl Sədd"in baş məşqçisi onun Kataloniya klubuna geri dönməsinin tərəfdarı olduğunu bildirib:

"Neymar niyə geri qayıtmasın ki? Onun oyun bacarığına heç bir şübhəm yoxdur. Onunla bir müddət eyni komandada olmuşuq və  mükəmməl bir insan olduğunu düşünürəm".

Xatırladaq ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə transfer olunub.






Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır