- Transfer
- 23:25 25.11.2024
PSJ-nin futbolçusu Neymar yay transfer dövründə "Barselona”ya qayıtmayacaq.
Corner.az-ın “Catalunya Radio”ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi koronavirus pandemiyası ilə əlaqədar yaranmış maliyyə böhranı səbəbindən 28 yaşlı hücumçunun transferin mümkünlüyünü istisna edib.
Əvəzində əsas transfer hədəfi olaraq "İnter"in futbolçusu Lautaro Martines müəyyənləşdirilib.
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avroya transfer olunub.