- Transfer
- 13:54 26.11.2024
Corner.az xəbər verir ki, Super Liqanın ilk dövrəsini lider kimi başa vuran Başakşəhər klubu Moskva “Spartak”ından ayrılan türk əsilli almaniyalı futbolçu Serdar Taşçını heyətinə qatıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. Serdar yeni klubunda 35 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Serdar Taşçı 2013-cü ildən “Spartak”da forma geyinirdi.