- Transfer
- 23:25 25.11.2024
Tanınmış almaniyalı siyasətçi Daniel Kon-Bendit hesab edir ki, koronavirus pandemiyası futbola ciddi iqtisadi zərbə vuracaq.
Corner.az xəbər verir ki, o, “Ouest France” nəşrinə müsahibəsində bildirib ki, futbolçuların qiyməti kəskin şəkildə ucuzlaşacaq: “Bundan sonra Mbappenin qiyməti 200 milyon deyil, 35-40 milyon avro olacaq. Koronavirus idmandakı məntiqsiz nizamı dağıdacaq”.
Onun fikrincə, pandemiyadan sonrakı mərhələdə idmanda iqtisadi sistemlər yenidən qurulmağa başlayacaq.(qol)