"Porto"nun müdafiəçisi Aleks Telles karyerasını Fransada davam etdirə bilər.
Corner.az xəbər verir ki, PSJ 27 yaşlı futbolçu ilə yaxından maraqlanır.Artıq Paris təmsilçisi Telles ilə danışıqlara başlayıb.Tərəflər arasında razılığın əldə edildiyi bildirilir. PSJ braziliyalı futbolçu üçün Porto'ya 20-25 milyon avro ödəyəcək.
Qeyd edək ki, Telles bu mövsüm 23 matçda iştirak edib və 8 qol vurub. Əlavə edək ki, Telles 2014-15-ci illərdə "Qalatasaray"da çıxış edib