22 oktyabr 2024. Çərşənbə axşamı

"Milan"la danışıqlara hazırıq" – İbrahimoviçin meneceri


  • Transfer
  • 01:31 24.10.2018
  • Oxunma sayı: 741
"Milan"la danışıqlara hazırıq" – İbrahimoviçin meneceri

“Los-Angeles Galaxy”nin hücumçusu Zlatan İbrahimoviçin meneceri Mino Raiola futbolçusunun “Milan”a qayıdacağı ilə bağlı yayılan xəbərlərə mübasibət bildirib.

Corner.az-ın məlumatına görə, o, hələlik bunun mümkün olmadığını söyləsə də, danışıq aparmağa hazır olduqlarını da istisna etməyib:

“İndiki məqamda bu, mümkün deyil. Çünki klubla ilkin danışıqlar şifahi olub. Amma biz oturub ciddi söhbət etməyə hazırıq. İstənilən halda, indi “Milan”ın normal və etibarlı rəhbərliyi var. Mən nə onun qapısını açıram, nə də bağlayıram. İbra ilə “Milan”ın idman direktoru Leonardo arasında qarşılıqlı hörmət var. Zlatan PSG-də olduğu kimi, İtaliya klubunda da ürəyinin bir hissəsini qoyub. Biz əvvəlcə bilməliyik ki, “Milan” və ya hər hansı bir klub onu hansı şərtlərlə transfer etmək istəyir”.

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə “Milan”ın şərəfini qoruyub.(qol.az)







Transfer