14 avqust 2026. Cümə

Barselona Tottenhem'ə oyunçuları dəyişməyi təklif etdi


  • Transfer
  • 15:39 25.04.2020
  • Oxunma sayı: 370
Barselona Tottenhem'ə oyunçuları dəyişməyi təklif etdi

"Barselona" “Tottenhem”ə yarımmüdafiəçi Tanqi Ndombeleyə görə iki oyunçusunu təklif edib.

Corner.az “Sky Sports”a istinadən məlumat verir ki, Kataloniya klubu koronavirus pandemiyasının səbəb olduğu böhrana görə 23 yaşlı futbolçuya görə tam məbləği ödəyə bilməyəcək. Klub buna görə qarşı tərəfə Samuel Umtitini və Nelson Semedonu təklif edib.

Qeyd edək ki, Ndombele "Tottenhem"in heyətində 19 matç keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer