- Transfer
- 23:43 22.04.2026
"Benfika"nın futbolçusu Ruben Dias bu yay Portuqaliyadan ayrıla bilər.
Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Barselona" və "Mançester Siti" 22 yaşlı müdafiəçi ilə yaxından maraqlanır.
Bildirilib ki,hər iki klubun nümayəndələri portuqaliyalı oyunçunun agenti Jorje Mendeşlə danışıqlara başlayıb.
Qeyd edək ki, R.Diasın "Benfika" ilə müqaviləsi 2024-cü ilin yayında sona çatır.