- Transfer
- 23:43 22.04.2026
"Yuventus"un qapıçısı Voytsex Şezninin "Arsenal"dan ayrılmasının səbəbi bəlli olub.
Corner.az-ın məlumatına görə, 30 yaşlı oyunçu "Arsenal Nation"a açıqlamasında siqaret səbəbindən London təmsilçisindən ayrıldığını etiraf edib.
"O vaxt müntəzəm siqaret çəkirdim və baş məşqçi Arsen Venger bunu bilirdi. Sadəcə, soyunub-geyinmə otağında kiminsə siqaret çəkməsini istəmirdi, mən də bunu bilirdim" deyə Şesni vurğulayıb.
Polşalı qolkiper qarşılaşmadakı duyğulara görə matçdan sonra siqarət çəkdiyini deyib: "Soyunub-geyinmə otağının o biri tərəfində olmaq üçün duşun küncündə dayandım. Düşündüm ki, məni heç kim görmür. Siqaret yandırdım. Amma kimsə məni gördü və bunu Vengerə çatdırdı. Bir neçə gün sonra onu gördüm, bunun doğru olub-olmadığını soruşdu, mən də "hə" cavabı verdim. Məni cərimələdi və qısa müddətlik komandadan göndərəcəyini dedi".
Şezni bir neçə həftə sonra komandaya qayıdacağını gözlədiyini, komandadakı yerini almağa çalışıb. O, hətta icarəyə veriləndə Vengeri klubdakı ən yaxşı qapıçı olduğuna inandırmağa çalışıb.
Qeyd edək ki, Voytsex Şesni 2009 - 2017-ci illərdə "Arsenal"da çıxış edib.