23 aprel 2026. Cümə axşamı

Kipr klubundan Qarabağ'ın qapıçısına təklif


  • Transfer
  • 17:20 01.05.2020
  • Oxunma sayı: 384
Kipr klubundan Qarabağ'ın qapıçısına təklif

"Qarabağ”ın qapıçısı Vaqner da Silva Kiprin “Apollon” klubundan təklif almasına dair yayılan xəbərlərə münasibət bildirib.

Corner.az xəbər verir ki, o, “Apollon”un təklifi barədə ilk dəfə eşitdiyini bildirib: “Amma başqa bir Kipr klubu – APOEL məni sıralarında görmək istəyir. Artıq mənə müraciət də ediblər. Hazırda danışıqların başlanğıc mərhələsindəyik. Bundan başqa, Yunanıstanın “Panatinaikos” klubu da mənimlə müqavilə bağlamaq istəyir. Ad çəkmək istəmirəm, Braziliya və Portuqaliyanın bəzi klublarından da təklif almışam. Hazırda isə yeni mövsüm barədə yox, koronavirusla bağlı vəziyyətdən nə vaxt çıxacağımızı düşünürəm”.

Qeyd edək ki, Vaqnerin “Qarabağ”la müqaviləsi bu yay başa çatır (azerisport.com).







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı