23 aprel 2026. Cümə axşamı

Atletiko'nun futbolçusu öz transferinə pul qoyuluşu etməkdə günahlandırılır


  • Transfer
  • 22:34 01.05.2020
  • Oxunma sayı: 354
Atletiko'nun futbolçusu öz transferinə pul qoyuluşu etməkdə günahlandırılır

"Atletiko"nun futbolçusu Kiran Tripyer ciddi sanksiya ilə üzləşə bilər.

Corner.az-ın BBC-yə istinadən məlumatına görə, İngiltərə Futbol Federasiyası yerli müdafiəçinin mərc oyunlarında iştirakından şübhələnir.

İddiaya görə, 30 yaşlı futbolçu 2019-cu ilin yayında "Tottenhem"dən Madrid təmsilçisinə keçərkən öz transferinə pul qoyuluşu edib.

K.Tripyer isə bu ittihamları qəbul etmədiyini bildirib. Təcrübəli futbolçu düşünür ki, kimlərsə onun adını bu cür xoşagəlməz hadisədə hallandırmaq istəyir.

Müdafiəçiyə qarşı irəli sürülən ittiham təsdiqini tapsa, onun bir neçə ay müddətinə futboldan kənarlaşdırılacağı gözlənilir.(report)







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı