6 dekabr 2025. Şənbə

De Bruyne Mançester Siti'dən ayrılır?


  • Transfer
  • 18:08 03.05.2020
  • Oxunma sayı: 376
De Bruyne Mançester Siti'dən ayrılır?

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne komandadan ayrıla biləcəyini deyib.

Corner.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında klubdakı gələcəyinin "şəhərlilər"ə avrokuboklarda iştirakla bağlı UEFA-nın qoyduğu qadağadan asılı olduğunu bildirib: “Klubdan bizə avrokuboklardan iki illik uzaqlaşdırma cəzasına etiraz edəcəklərini və bunun ləğv olunacağına əmin olduqlarını deyiblər. Buna görə, indi nə olacağını gözləyirəm. Komandama güvənirəm.

Son qərar qəbul olunduqdan sonra hər şeyi nəzərə alacam. İki illik diskvalifikasiya burada qalmağım üçün uzun vaxtdır. Bir illik cəza olsa, dəyərləndirərəm”.

Qeyd edək ki, 2015-ci ildən "Mançester Siti"də çıxış edən De Bruynenin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.(qol)







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır