2 iyul 2026. Cümə axşamı

Tottenhem Rakitiçlə danışıqlara başladı


  • Transfer
  • 22:46 04.05.2020
  • Oxunma sayı: 342
Tottenhem Rakitiçlə danışıqlara başladı
“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki,  "Tottenhem" 
xorvatiyalı futbolçunu transfer etməyə çalışır. London klubunun baş məşqçisi Joze Mourinyonun rəhbərlikdən 32 yaşlı futbolçunun transfer edilməsini istədiyi bildirilir.

Klub nümayəndələrinin Rakitiçin agenti ilə danışıqlara başladığı vurğulanıb

Qeyd edək ki, Rakitiçin “Barselona” ilə müqaviləsi 2021-ci ilin iyununda sona çatır.






Transfer