2 oktyabr 2026. Cümə

Atletiko'dan Xames'ə təklif


  • Transfer
  • 23:50 05.05.2020
  • Oxunma sayı: 385
Atletiko'dan Xames'ə təklif
“Atletiko Madrid” “Real”ın futbolçusu Xames Rodrigesi transfer edə bilər.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu kolumbiyalı yarımmüdafiəçini yay transfer dönəmində heyətinə cəlb etməyi planlaşdırır.

“Atletiko”nun Xames üçün 25 milyon avro ödəməyə hazır olduğunu bildirilir. 28 yaşlı futbolçunun Madriddən ayrılmaq istəmədiyi üçün bu keçiddə maraqlı olduğu da qeyd olunub.

Qeyd edək ki, X.Rodriges 2014-cü ildə “Monako”dan “Real”a 75 milyon avroya transfer olunub.






Transfer