- Transfer
- 23:43 22.04.2026
"Bavariya"nın müdafiəçisi David Alaba karyerasını İtaliyada davam etdirə bilər.
Corner.az xəbər verir ki, "İnter" 28 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Məlumata görə, İtaliya klubunun baş məşqçisi Antonio Konte Alabanı komandasında görmək istədiyini rəhbərliyə bildirib. Rəhbərliyin isə yaxın zamanlarda qarşı tərəflə danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, D.Alabanın “Bavariya” ilə müqaviləsi 2021-ci ilə qədərdir.