23 aprel 2026. Cümə axşamı

Barselona'ya yox, Bavariya'ya keçəcəyimi düşünürdüm


  • Transfer
  • 13:45 09.05.2020
  • Oxunma sayı: 380
Barselona'ya yox, Bavariya'ya keçəcəyimi düşünürdüm

Türkiyə millisinin sabiq futbolçusu Arda Turan “Barselona”ya keçidi ilə bağlı maraqlı açıqlamalar verib.

Corner.az xəbər verir ki, o, “Marca”ya müsahibəsində deyib:

“Agentim “Barselona”ya keçəcəyim barədə mənə heç nə deməmişdi. O bildirmişdi ki, transfer razılaşdırıldıqdan 15 gün sonra bu haqda mənə məlumat veriləcək. Mən düşünürdüm ki, “Bavariya”ya keçirəm. Çünki bir il əvvəl “Mançester Yunayted”ə transferim məhz bu səbəbdən son dəqiqədə pozulmuşdu.

Sənəd agentimin çantasından düşəndə “Barselona”nın loqotipini gördüm. Buna inanmağım gəlmirdi. “Barselona”nı tərk edəndə çox təəssüflənmişdim. Valverde mənə çox oyun vaxtı vermirdi. Halbuki meydanda Messi və Suaresə hamıdan çox kömək edirdim”.

Xatırladaq ki Arda 2015-ci ilin yayında “Atletiko”dan “Barselona”ya transfer olunub.(qol)







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı