23 aprel 2026. Cümə axşamı

Qarabağ'dan albaniyalı qapıçı ilə maraqlandığına dair xəbərə reaksiya


  • Transfer
  • 14:30 12.05.2020
  • Oxunma sayı: 371
Qarabağ'dan albaniyalı qapıçı ilə maraqlandığına dair xəbərə reaksiya

"Qarabağ" klubu "Menemenspor"un futbolçusu Gentian Selmaniyə təklif göndərmələri ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Report"a açıqlamasında məlumatı təkzib edib.

O, albaniyalı qapıçının klubun gündəmində olmadığını söyləyib: "Ola bilsin, bu, agentlər arasında spekulativ hərəkətdir. "Qarabağ" adıçəkilən qolkiperlə maraqlanmayıb".

Qeyd edək ki, dünən I liqada mübarizə aparan "Menemenspor"un baş məşqçisi Cenk Laleci "Qarabağ"ın 21 yaşlı qapıçıya təklif göndərdiyini açıqlayıb.







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı