6 dekabr 2025. Şənbə

Beqoviç Beşiktaş'ın hədəfində


  • Transfer
  • 00:33 13.05.2020
  • Oxunma sayı: 320
Beqoviç Beşiktaş'ın hədəfində

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Türkiyədə davam etdirə bilər.

Corner.az "Nezavisne Novine"yə istinadən məlumatına görə, Beşiktaş klubu bosniya və herseqovinalı qolkiperlə ciddi maraqlanır. İstanbul təmsilçisi müqavilə ilə "Bornmut"a məxsus Beqoviçdən bir neçə mövsüm yararlanmağı planlaşdırır. Hazırda onun icarəyə götürülmə və ya transfer edilmə məsələsi açıq qalır.

Xəbəri təsdiqləyən agenti də 33 yaşlı oyunçunun şərtlər üzərində düşündüyünü açıqlayıb. Onun sözlərinə görə, "Beşiktaş" əvvəllər də təcrübəli qolkiperi heyətinə qatmaq istəyib.

Xatırladaq ki, Asmir Beqoviç "Qarabağ"da cari mövsümün ilk yarısında icarə əsasında çıxış edib. 







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır