- Transfer
- 23:25 25.11.2024
"Barselona" "İnter" in hücumçusu Lautaro Martinesi heyətinə qatmaqda israrlıdır.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, yaxın vaxtda tərəflər arasında razılıq əldə oluna bilər.
Məlumata görə, danışıqlarda ən böyük əngəl “Barselona”nın Lautaro üçün müqavilədə əks olunan pulu ödəməyə razı olmamasıdır. Kataloniya təmsilçisi 22 yaşlı futbolçu üçün “İnter”ə 60 milyon avro və iki oyunçusunu təklif edir. Milan təmsilçisi isə bu təkliflə razılaşmır.
İnterin də Per Emerik Obameyanq və Timo Vernerlə danışıq apardığı bildirilir. Rəhbərlik Martinesin satışından gələn pulla bu transferləri reallaşdırmalıdır.
Qeyd edək ki, argentinalı hücumçunun sözləşməsində 111 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib.