2 oktyabr 2026. Cümə

Qarabağ'ın istədiyi oyunçu komandasından ayrılır


  • Transfer
  • 14:01 15.05.2020
  • Oxunma sayı: 442
Qarabağ'ın istədiyi oyunçu komandasından ayrılır

"Qarabağ"ın mövsümün əvvəlində heyətinə qatmaq istədiyi qapıçı Markos Dias “Boka Xuniors” klubundan ayrılır.

Corner.az "İnfobae" nəşrinə istinadən xəbər verir ki, argentinalı qolkiperin iyunun sonunda başa çatan müqaviləsi yenilənməyəcək.

Diasla İspaniya La Liqa təmsilçisi "Leqanes"in maraqlandığı iddia olunub.

Qeyd edək ki, "Qarabağ" 2019-cu ilin yayında Markos Diasla danışıq aparıb, ancaq 34 yaşlı qapıçı Ağdam klubunun təklifini qəbul etməyib.(qol)







Transfer