- Transfer
- 18:38 24.11.2024
Çin təmsilçisi Tianjin Quanjian'da forma geyinən Alexandre Pato klubu tərk edə bilər.
Corner.az xəbər verir ki, buna səbəb, Çin klubunun prezidentinin həbs olunmasıdır. Tianjin Quanjian klubunun prezidenti Şu Yu Xinin sahibi olduğu dərman preparatları şirkətinin istehsal etdiyi məhsulun gənc qızın ölümünə səbəb olmasına görə, o, həbs olunub.Prezidentin həbs olunmasının ardından komandada yaranan maliyyə problemləri səbəbindən Pato klubdan ayrılmaq niyyətindədir. 2019-cu ilin sonuna qədər Tianjin Quanjian klubuyla müqaviləsi olan 29 yaşlı forvardla Galatasaray və Milan yaxından maraqlanır.
Qeyd edək ki, Pato, 2017-ci ilin yanvarından Tianjin Quanjian klubunda çıxış edir. (komanda.az)