11 may 2026. Bazar ertəsi

Borussiya Haalanda qiymət qoydu


  • Transfer
  • 15:14 19.05.2020
  • Oxunma sayı: 365
Borussiya Haalanda qiymət qoydu

"Borussiya" futbolçusu Erlinq Haalanda yüksək qiymət qoyub.

Corner.az "AS"a istinadən xəbər verir ki, Dortmund klubu "Rea"lda daxil olmaqla, bir çox klubun maraqlandığı norveçli hücumçunu komandada saxlamaq üçün bu addımı atıb. "Borussiya" 19 yaşlı oyunçu üçün ən azı 120 milyon avroluq təklif gələcəyi təqdirdə onu satacaq.

Qeyd edək ki,  Bundesliqa klubu Haalandı bu qış 43 milyon avroya alıb. Onun "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır(qol)







Transfer